Bakıda “sarı tor”a düşən yolların sayı artırılır - FOTO

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq. Bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.
Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulmuşdur. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.
Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik.
Namiq Musayev



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












