Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsindəki dairəvi yolda yeni xətlənmə işləri görüldükdən sonra şəhərə gedişin bir zolaq olduğu iddia edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Qaraçuxur və Yeni Günəşli qəsəbələrindən gələn nəqliyyat vasitələri şəhərə, metronun "Xalqlar Dostluğu" stansiyası tərəfə getmək üçün həmin bir zolağa girib hərəkət etmək məcburiyyətindədirlər:
"Bu da həmin yerdə avtomobillərin yığılmasına, sıxlığın və sonda tıxacın əmələ gəlməsinə səbəb olur. Ümumiyyətlə, zolaqlar tam və sona qədər çəkilməyib. Dairəvi yolda tənzimlənmə üçün işıqfor və ya başqa vasitələr olmalıdır. Metronun "Xalqlar Dostluğu" stansiyasından Günəşli qəsəbəsinə gedən yolun dar bir hissəsində "QAZel" markalı bir maşında qarpız satışı aparılır. Bu da elə sıx olan yolun daha da daralmasına gətirib çıxarır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, İlqar Musayev küçəsində dəyişikliklər edilməyib:
"Küçənin hər iki çıxışında, yolun hərəkət hissəsinin eni imkan verən sahələrdə nəqliyyat axınına uyğun olaraq üç hərəkət zolağı təşkil edilib. Yolun digər hissələri isə ümumilikdə ikizolaqlı saxlanılıb (bir gediş, bir gəliş), mövcud en göstəriciləri əlavə zolağın yaradılmasına imkan vermir".
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO










