«07» sürücüsü onu saxlamaq istəyən yol polisini vurdu

Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Tovuz rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobili saxlamaq istəsə də, sürücü rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub. Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












