10 YP 400-ün düşdüyü qəza ilə bağlı açıqlama - Kamera çəkib

Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb. Hadisəni Rəşadət Babayev təsdiq edib. O, açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: “Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm”.
Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib. Rəşadət Babayev “Qafqazinfo” açıqlamasında isə hadisənin hansı şəraitdə baş verməsinə aydınlıq gətirib. Alay komandirinin sözlərinə görə, qəza bu gün səhər saat 7 radələrində “Park Bulvar”ın qarşısında baş verib. O, şəhərin rəis müavini kimi xidməti vəzifəsini yerinə yetirib və hərəkətdə olub. Həmin vaxt bir sürücü yolu çarpaz keçərək gözlənilmədən onun avtomobilinin qarşısına çıxıb: “Biz sürücüyə xəsarət yetirməmək üçün maşını güclə saxldıq. Yaxşı ki, bizim avtomobilin də yastıqları açıldı və ciddi xəsarət almadıq. Yerə düşəndən sonra məlum oldu ki, yolu əks istiqamətdən keçmək istəyən sürücü sərxoş olub. O, yerə düşəndə belə ayaq üstə güclə dayanırdı. Hadisə kameraların altında baş verib və bütün görüntü qeydləri var. Həmin şəxs saxlanılıb və istintaqa cəlb olunub, hazırda araşdırma aparılır".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












