230 sürət yığan "04" müəmmasına aydınlıq gəldi - FOTO

Azərbaycanda Baş Dövlət Yol Polis İdarəsindən sürücüyə qeyri-adi bildiriş gəlib. Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrdə bildirilir ki, yol polisi tərəfindən “VAZ-2104” markalı avtomobilin sürücüsünə göndərilən bildirişdə maşının sürət həddini pozması qeyd olunur. Göndərilən radar bildirişinə əsasən “VAZ-2104” markalı avtomobilin sürücüsü maşını 230 km. saatla idarə edib. Fotoda göstərilir ki, bildiriş ötən ilin mart ayının 4-də göndərilib.
Qeyd edək ki, “VAZ-2104” markalı avtomobilin maksimal sürəti 180-dir.
Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin anspress-ə verdiyi məlumata görə, bu hadisə ötən il baş verib. Onun sözlərinə görə, bildiriş göndərilən sürücü idarəyə müraciət edib. “Araşdırmalar aparılıb. Məlum olub ki, hadisə texniki səhv ucbatından baş verib. Həmin protokol mart ayının 31-də ləğv edilib”, - deyə Kamran Əliyev bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













