25 avtomobil cərimə meydançasına aparıldı

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həftənin bazar günü reyd keçirib. Bu dəfə reyd şəhərin Heydər Əliyev prospektində baş tutub. Əsas hədəf isə sərxoş, sənədsiz, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücüləri aşkarlamaq olub. Yoxlamalar zamanı yol hərəkət qaydalarını kobud şəkildə pozan eləcədə avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb. Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin gənclər olmasına da rast gəlinib. Ümumilikdə reyd zamanı 25 avtomobil cərimə meydançasına aparılıb ki, bunlar da sərxoş, sürcülük hüququ olmayan, eləcədə avtomobillərin yan və arxa hissəsində görməni məhdudlaşdıran vastələr quraşdırılan sürücülərdi. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reydlər bu ilin sonuna kimi mütamadi olaraq keçirəcək. Kəpəz TV
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












