Ağstafada yol polisinə hücum; 30 nəfər cərimələndi

Ağstafa rayonunda yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti reydini keçirib. Avtosfer.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, reyd zamanı kimi polisin saxla əmrinə tabe olmayıb, kimi isə polisə təzyiq göstərməyə cəhd edib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisindən keçən hissəsində keçirdiyi reyd zamanı xeyli sayda qayda pozan sürücülərə rast gəlinib. Bəzi sürücülər polisin saxla əmrinə tabe olmayıblar. Avtomobilin qeydiyyat nişanı görünməz olduğu üçün cərimə olacağını eşidən bir sürücü və onun dostları isə polisə hücum etməkdən belə çəkinməyiblər. Reyd zamanı sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərlərindən istifadə etmədən avtomobil idarə edən sürücülər müəyyənləşdirilərək barələrində müvafiq tədbirlər görülüb. Daha çox avtoqəzalara səbəb olan nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntularının aşkar olunduğu reyddə 30-dan çox sürücü haqqında inzibati tədbir görülüb.
Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlərin ilin sonunadək, həmçinin bayram günlərində davam etdirilməsi planlaşdırılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












