Ata və oğul yol polisini bu hala saldılar

Bakıda yol polisi vətəndaşlardan şikayət raportu yazıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, noyabrın 24-də Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edən Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu bildirib ki, Əhməd Cavad küçəsində kobudluqla üzləşib. 1996-cı ildən daxili işlər orqanlarında işləyən 47 yaşlı N.Mövlayev bildirib ki, həmin keçədə yaşayan 1989-cu il təvəllüdlü Əliyev Zaur Azad oğlu idarə etdiyi “Wolkswagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü və atası, 1957-ci il təvəllüdlü Əliyev Azad Məlikməmməd oğlu xəbərdarlığa məhəl qoymayıb və yol polisi ilə mübahisə ediblər. Polis zabiti bildirib ki, ata və oğlu onu söyərək təhqir ediblər.
Qeyd edək ki, bu hadisədə adları hallanan ata və oğlu da noyabrın 24-də polis bölməsinə müraciət ediblər. Onlar şikayət ərizələrində polis əməkdaşının kobudluğu ilə qarşılaşdıqlarını, N.Mövlayevin onları təhqiramiz sözlərlə alçaltdığını qeyd ediblər. Şikayətçilər polis kapitanını onları yumruqla vurduğunu da əlavə edib. Qarşılıqlı şikayətlər əsasında araşdırmalar aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












