Avtobus sürücüsü Bakıda dəhşət saçdı - VİDEO

Bu gün səhər saatlarında Bakının Əmircan qəsəbəsində sərnişin avtobusu böyük faciəyə səbəb olacaqdı. Bu barədə Anspress-in “qaynar xətti”nə məlumat verilib. Verilən məlumata görə, Əmircan qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusu dəmir yolu xəttindən keçərkən yol hərəkəti qaydasını kobud şəkildə pozub. Belə ki, dəmir yolunda avtomobilləin dayanması üçün nəzərdə tutulan şlaqbaum endirilən zaman avtobus sürücüsü buna əhəmiyyət verməyib. Avtobus qatarın gəldiyi zaman dayanmadan dəmir yolunu keçib. Xoşbəxlikdən avtobus dəmir yolunda şlaqbauma ilişməyib. Bu da qəzasız ötüşüb.
Xatırladaq ki, 2012-ci ilin avqustun 31-də Lökbatan qəsəbəsində 124 saylı sərnişin avtobusu Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı ilə toqquşmuşdu. Qəza sırf avtobus sürücüsünün günahı ucbatında baş vermişdiş. Avtobus sürücüsü qatarın gəldiyini görsə də, avtobusu saxlamamışdı. Rəsmi məlumatlara görə, qəza nəticəsində 6 nəfər ölmüş, 54 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












