“Avtoş”ların qənimi Bakıdadır - DYP-dən açıqlama

“Ötən illə müqayisədə avtoxuliqanların sayının bir qədər azalıb. Ötən il 264 nəfər avtoxuliqan aşkarlanıbsa, bu ilin yanvar ayından bu günə kimi 255 avtoxuliqan qeydə alınıb”.Bu barədə məlumatı Bakı şəhəri Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov deyib. Onun sözlərinə görə, təkcə ötən həftə 5 avtoxuliqanın saxlanılaraq sənədləri məhkəməyə göndərilib: “Təbii ki, sürət həddini aşanlara, avtoxuliqanlara qarşı təbliğat evlərdə valideynlərin üzərinə düşürsə, küçələrdə bizim düşür. Çünki yol qəzalarında dünuyasını dəyişənlər cəmiyyətin üzvləridir, onlar da bizlərdən biridir”.
Avtoxuliqanlıq edənlərin yaş həddinin 24-32 yaş arasında dəyişdiyini deyən DYP sözçüsü avtoxuliqanlıq əməlini təkrar törədənlərin də az olmadığını bildirib: ““Avtoş”lar arasında tələbələr də var ki, onların da inzibati məsuliyyətə cəlb olunması üçün təhsil aldıqları ali məktəblərə təqdimat göndərilib. Fəaliyyət növündən asılı olmayaraq, müxtəlif müəssisə və idarələrdə çalışanlar barəsində də informasiya verilib. Unutmaq olmaz ki, Bakı şəhərinin küçələrində quraşdırılan videokameralar vasitəsilə də hərəkətə nəzarət olunur. Yol hərəkəti qaydalarını pozanlar qeydiyyata alınır. Həmin kameralar vasitəsilə fotomaterial hazırlanır. Belə materiallar əsasında 6 nəfər cəzalandırılıb. Texniki vasitələrin köməyi ilə yayımlanan görüntülər üzrə 8 fakt araşdırma aparılıb və həmin görüntülərdə avtoxuliqanlıq əməli olduğuna görə, cəzalandırılıb”.
“Bilik günü”də bəzi məktəblərin önündə özünü göstərmək istəyənlərin də olduğunu deyən V.Əsədov 4 belə faktın olduğunu və həmin şagirdlərin qarşısının alındığını dilə gətirib.
Vaqif Əsədov dünən Aznews.az saytında yayımlanan “Bakı küçələrində gərgin vəziyyət-“Avtoşlar” üçün fürsət yaranıb” başlıqlı yazıya da münasibət bildirib: “Avtoxuliqanlar haqqında ictimaiyyəti məlumatlandırdığımıza görə sizə minnətdaram. Amma istərdim ki, yazıda Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi, mayor Malik İbrahimovun məzuniyyətə getməsi xəbərinin düz olmadığını söyləyim. Çünki bu xəbərdən bəzilərinin özünəməxsus şəkildə istifadə edə bilər. Malik İbrahimov iş başındadır. Onun məzuniyyətə getməsi xəbəri avtoxuliqanları hərəkətə keçirə bilər. Odur ki, Malik İbrahimov, eləcə də Bakı şəhəri Dövlət Yol Polisi əməkdaşları rəhbərliyin nəzarəti altında paytaxtın inzibati ərazisinə düşən yollarda dislokasiya üzrə təhkim olunan ərazilərdə xidmət aparırlar. İstər gecələr, istər gündüzlər, günün 24 saatında bütün küçələrdə təhlükəsizlik tam şəkildə təmin olunur. Bir sözlə, Malik İbrahimov kimi əməkdaşlarımız çoxdur”.
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO











