Avtovağzaldan Lökbatana getməyin; yol bağlandı

Bu gün Bakıda yenə yol bağlanır. Bu barədə Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a məlumat verib. Novxanı istiqamətində yolun yeni asfalt örtüyünün çəkilməsilə əlaqədar Bakının kənar dairəvi yolla Bakı-Sumqayıt yolunun kəsişməsindən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından Lökbatan və yaxud Ələt-Astara istiqamətində olan hissəsi avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılacaq. “Son zamanlar iri tonajlı, ağır çəkili yük avtomobillərinin normadan bir neçə dəfə artıq daşıdığı yükün hesabına həmin yol üzrə nahamarlıq əmələ gəlib, yolun asfalt hissəsi yararsız vəziyyətə düşdüyü üçün qeyd edilən ərazidə məcburi olaraq yeni asfalt örtüyünün çəkilməsi zərurəti yaranıb”, - deyə Vaqif Əsədov bildirib.
Bakı Şəhər Dövlət Yol Polisi avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, təxminən 1 həftə müddətində qeyd edilən kəsişmədən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Lökbatan və yaxud Ələt-Astara istiqamətində hərəkət edənlər alternativ yol kimi Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişən hisəsindən hərəkət etsinlər. Vaqif Əsədov sürücülərə tövsiyə edib ki, bütün bunları nəzərə alıb, həmin ərazidə tıxacların, yol qəza hadisələrinin yaranmaması üçün əvvəlcədən getdikləri istiqaməti müəyyənləşdirinlər.
Nurlan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












