Azərbaycanda bu sürücülərə maşın sürmək qadağan edildi

Ötən dövr ərzində inzibati protokollar əsasında 20 və daha artıq cərtimə balı toplayan 440 sürücünün sürücülük hüququ müxtəlif müddətə məhdudlaşdırılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə milli.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. O bildirib ki, qaydaları pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 791 708 inzibati protokol, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə 278554 elektron protokol tərtib edilib: "Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı 94 947 halda piyadalar inzibati məsuliyyətə cəlb edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə sürət həddinin aşılması ilə bağlı isə 9 553, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaya görə 7 858, yolayrıclarını keçmə qaydalarının pozulmasına görə 161 mindən çox inzibati protokol tərtib edilib. Bundan əlavə 14 697 halda sərxoş sürücü müəyyən edilib. Sərnişindaşıma qaydalarını pozan 2 024 sürücü cəzalandırılıb. İşıqforun qırmızı işığından keçdiyinə görə isə 11 394 sürücü məsuliyyətə cəlb edilib".
Həmçinin 619 avtoxuliqan, 2 167 polisin qanuni əmrinə tabe olmayan sürücü aşkar edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












