Azərbaycanda görünməmiş olay: 2 polis əməkdaşı həbs edildi

Bu günlərdə Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinin iki əməkdaşı həbs edilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nizami RPŞ post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və digər polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hər iki polis əməkdaşı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi ilə bağlı həbs edilib. Bildirilir ki, hər iki polis əməkdaşı bir neçə gün əvvəl Nizami RPŞ-nin əməkdaşı olduqları halda Gəncə şəhərinin Kəpəz rayonunda A.S adlı qadının evinə gəliblər. Burada həmin qadınla polislər arasında hələlik tam dəqiqləşməmiş səbəblərdən münaqişə yaranıb və həmin qadın bu zaman özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












