Azərbaycanda polis maşınları üçün ağıllı "miqalka" - FOTOLAR+VİDEO
Azərbaycanda polis maşınlarının sayrışan işıqları (miqalka) dəyişə bilər. Polis maşınlarının işıqları "ağıllı" hala salınacaq. Hüquq mühafizə orqanlarının ehtiyacları üçün texnoloji cihazlar istehsal edən "Ekin Technology" şirkətinin rəhbəri Akif Ekin bu barədə məlumat verib. Türkiyə mətbuatında yer alan məlumata görə, Anadolu və Ege bölgələrində 4 rayonda polis maşını işıqları "Ekin Patrol" adlanan bu lampalarla əvəz edilib. İşıqların fərqi ondadır ki, onlar həm başqa maşınların sürətini ölçür, həm də dövlət nömrə nişanı haqqında məlumatları sürətli şəkildə dəqiqləşdirir. Onlardan kütləvi hadisələr zamanı üz tanıma sistemi kimi də istifadə etmək olar. "Ekin Patrol" hərəkətdə olan maşında həm önü, həm də arxasını görə bilir. Sürətlə hərəkət edən maşındakı bu sistem əldə etdiyi məlumatları mərkəzi idarəyə də yollayır.
A.Ekin bu sistemin bir nçə il öncə hazırlandığını deyib. "Yerləşdirdiyimiz yeni sistem polis maşınlarının ətrafındakı avtomobillərin sürətini ölçür, nömrəsi haqqında məlumatın tez əldə edilməsinə kömək edir".
"Miqalkalar" maşın hərəkətdə olanda belə radar vəzifəsini görən sistemin daha da təşmilləşməsi üçün işlərin davam etdiyini deyib. Onun sözlərinə görə, indi silah səsinin gəldiyi yönü də tapa bilən sistemin də cihaza inteqrasiyası üzərində iş aparılır. İşıqlar vasitəsilə toplanan məlumatlar 60 gündən çox yaddaşda qalır.
"Ağıllı lampa" sistemi həm önü, həm də arxanı görə bilir
Ekin bu işıqlardan yaxın zamanlarda Türkiyənin paytaxtı Ankara və İstanbulda da istifadə ediləcəyini deyib. Onun sözlərinə görə, ölkə xarici ölkələrdə də ağıllı işıqlara yüksək tələb olduğunu deyib. Belə ki, Birləşmiş Ərəb Əmirliyinə 250, Azərbaycana isə 400 cihazın satışı üçün müqavilə imzalanıb. O, artıq 200 sistemin Azərbaycana verildiyini deyib.
Sistem artıq ABŞ-da da testdən keçirilir.
Sifarişçilər arasında Səudiyyə Ərəbistanı, Qətər də var.
Şirkət rəhbərliyinin məlumatına görə, Türkiyə xaricində ilk genişmiqyaslı layihəni məhz Bakıda reallaşdırıblar.
Sistem yaxınlıqdakı maşınların sürətini ölçür, nömrələri tanıyır.