Azərbaycanlı yeniyetmə yol polisini vurdu - VİDEO

Rusiyanın Saratov şəhərində 17 yaşlı azərbaycanlını polis saxlayıb. Bolşaya Qornaya küçəsində yaşlı qadın polisə müraciət edərək avtomobilin piyada keçidinin üzərində dayandığını və piyadaların hərəkətinə maneə törətdiyini deyib.
Ərazidə olan yol polisi "Folksvaqen Polo" markalı maşına yaxınlaşaraq sürücüdən sənədlərini tələb edib. Bu zaman gənc oğlan sənədləri axtarmağa başlayıb. Lakin qəfildən o avtomobili geri doğru hərəkət etdirib və iki dəfə polis müstəntiqini vurub. Nəticədə polis yerə yıxılıb. Dərhal ayağa qalxan polis zədələnməsinə baxmayaraq avtomobillə qaçan gənci izləməyə başlayıb.
Gənc sürücü qəza törətdiyindən, polis onu qısa vaxtda saxlaya bilib. Nəticədə bəlli olub ki, maşını idarə edən 17 yaşlı Seymur Rzayev olub. Saxlanılan Seymur vəsiqəsi olmadan avtomobil idarə etdiyini və bunun ilk olmadığını deyib. "Mən qardaşıma çox bənzəyirəm. Adətən onun vəsiqəsi ilə maşın sürürəm".
Polis idarəsinə gətirilən gənclə bağlı araşdırma başlayıb. (anspress)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












