Bakıda 173 mindən çox sürücü cərimə edilib

Bu il yanvarın 1-dən martın 16-dək Bakı şəhəri üzrə 173 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 52 nəfər ölüb, 197 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov trend-ə deyib. Onun sözlərinə görə, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı 173 770 inzibati protokol tərtib edilib: “Bunlardan 3226-sı avtomobilin sərxoş halda idarə edilməsinə, 581-i qəza şəraiti yaradılmasına, 3237-si işıqforun qırmızı işığında hərəkət edilməsinə, 878-i sürət həddinin aşılmasına, 111-i avtomobilin dövlət nömrə nişanı olmadan, 793-ü sənədsiz idarə edilməsinə, 554-ü sərnişindaşıma qaydalarının pozulmasına, 36 816-sı ötmə, manevretmə, yolayrıclarını keçmə qaydalarının pozulmasına, 756-sı avtomobilin pərdə və plyonkalı olmasına, 167-si avtoxuliqanlığa, 722-si polisin saxlama əmrinə tabe olmamağa görə tərtib edilib. Sürücülərdən başqa, yol hərəkəti qaydalarını pozan piyadalar da cərimələnib. Bununla bağlı polis əməkdaşları tərəfindən 22886 protokol tərtib edilib».
V.Əsədov qeyd edib ki, əlavə olaraq Mərkəzi Məlumat Xidməti tərəfindən avtomatik olaraq elektron qaydada 47 930 prokotol tərtib edilib. Bölmə rəisi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar sürücü və piyadalara müraciət edərək onları yollarda maksimum diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












