Bakıda 9 nəfəri xəstəxanalıq edən yol polisi işdən qovuldu

Ötən ay Bakıda ağır qəza törətmiş yol polisi əməkdaşı barədə yeni məlumatlar var. Avtosfer.az-ın məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki, 9 nəfərin xəsarət aldığı qəzanı 10 YP 442 nömrəli yol polisi avtomobilini idarə edən Zaur Rzayev adlı polis əməkdaşı törədib. Aidiyyəti qurumlar məsələni araşdırdıqdan sonra, qəza törədən yol polisi əməkdaşının günahı tam sübuta yetirilib və o vəzifəsindən azad olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında deyib ki, qəza törədən yol polisi əməkdaşının işdən çıxarılması təbiidir: “Konkret olaraq əgər deyirlər ki, Zaur Rzayev işdən çıxarılıb, deməli, o, hər hansı bir nöqsana yol verib. Yol nəqliyyat hadisəsi törətməyin özü nöqsandır. Ancaq bu faktı yenə dəqiqləşdirmək lazımdır. Məzuniyyətdə olduğuma görə, heç nə deyə bilmərəm, dəqiq informasiyam yoxdur. Ancaq əmin ola bilərsiniz ki, hər bir polis əməkdaşı hər hansı bir nöqsana yol verirsə, dərhal xidməti araşdırılma aparılır və ona fəaliyyətilə bağlı qiymət verilir və mütləq cəzalandırılır. Cəzası da hətta, işdən azad olunmaya qədər olur. Biz hər halda hərbiləşdirilmiş bir sistemlə fəaliyyət göstəririk. Sözsüz ki, kim ki, fəaliyyətində nöqsana yol verirsə, yol verdiyi nöqsana uyğun cəzalandırılır”.
Qeyd edək ki, hadisə noyabr ayının 7-də səhərə yaxın Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəyib. Zərbənin təsirindən “Ford” səkiyə çırpılıb. Nəticədə sərnişinlərdən 7 nəfər yaralanıb. Dövlət yol polisinin əməkdaşlarının da xəsarət aldığı deyilir. Bütün yaralılar təcili olaraq xəstəxanaya aparılıb.
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










