Bakıda “avtoş” rəisin avtomobilini əzdi – TƏFƏRRÜAT

Dünən Binəqədi rayon ərazisində yol polisi avtomobili ilə mülkü avtomobil toqquşub. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, 90 FT 492 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil 10 YP 564 nömrə nişanlı DYP avtomobilinə çırpılıb. Məlumata görə, hadisə “Priora”nın sahibinin avtoxuliqanlıq etməsi zamanı baş verib. Belə ki, qeyd olunan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi əməkdaşları ona saxlamaq əmri veriblər, lakin o, avtomobili saxlamayaraq, ərazidən uzaqlaşmağa başlayıb. Bundan sonra bir neçə yol polisi avtomobili onu dayandırmağa çalışıblar. Bu zaman da qəza baş verib.
Məlumatda qeyd olunur ki, əzilən YPX avtomobilində Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.Sürücü saxlanılaraq, istintaqa təhvil verilib. Araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












