Bakıda «avtoş» yol polisini sürüdü

Noyabrın 17-dən 18-nə keçən gecə 01.15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə vesti.az-a Nərimanov rayon Polis İdarəsində bildiriblər. İnsident Xətai prospekti ev 40-ın yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyevə məxsus “Toyota Prado”-nun müəyyən edilməyən sürücüsü yol hərəkəti qaydalarını pozub, buna görə 1979-cu il təvəllüdlü dövlət yol polis əməkdaşı Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb. Polis açıq pəncərədən sənədləri yoxlamaq üçün əlini içəri salarkən sürücü pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinin əlini sıxıb. Qaydanı pozan sürücü daha sonra qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib. Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN hospitalına çatdırılıb. Hazırda polis kobud sürücünü axtarır.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












