Bakıda «avtoş»ların meydanı bağlanıb

Ötən ay ərzində Bakıda yol polisi əməkdaşları tərəfindən 49 avtoxuliqan, eləcə də polisin qanuni əmrinə tabe olmayan 195 sürücü məsuliyyətə cəlb edilib. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O qeyd edib ki, bu ilin yanvar ayı ərzində paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı yol polisi əməkdaşları tərəfindən 49110 inzibati protokol tərtib edilib. Bundan əlavə, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə sürücülər barəsində elektron qaydada 21188 inzibati protokol tərtib edilərək onlara məlumat verilib: “Tərtib edilmiş inzibati protokolların təhlili göstərir ki, 929 halda sürücülərin avtomobili sərxoş halda idarə edib, 748 halda sürücülər işıqforun qırmızı işığını gözləmədən keçib, 116 halda sürücülər avtomobili müvafiq sənədləri olmadan, 1438 halda isə avtomobili mobil telefonla danışaraq idarə ediblər, 6822 halda təhlükəsizlik kəmərindən istifadə edilməyib, 13284 halda yol ayrıclarını keçmə, 16375 halda dayanma, durma, parklanma, 111 halda yükdaşıma, 212 halda isə sərnişindaşıma qaydaları pozulub”.
Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən 31-dək Bakıda şəhəri üzrə 89 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 17 nəfər ölüb, 141 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












