Bakıda DYP maşını ilə avtobus toqquşub

Bakıda yol qəzası baş verib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza Keykab Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Zaur Rzayevin idarə etdiyi «BMW» markalı avtomobillə sürücüsü məlum olmayan “Ford Transit” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişinlər - 1954-cü il təvəllüdlü Minarə Hacı qızı Səmədova, İlqar Canəli oğlu Həsənov, 1964-cü il təvəllüdlü Eldar Əhməd oğlu Səmədov və qardaşı, 1959-cu il təvəllüdlü Rəşad Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












