Bakıda məktəbin qarşısında polisin paqonlarını cırdılar

Bakıda tədris ilinin ilk günündə məktəb binasının qarşısında polis paqonlarından məhrum olub. Avtosfer.az xəbər verir ki, bu barədə vesti.az-a Suraxanı Rayon Polis İdarəsindən bildiriblər. Əldə edilən məlumata əsasən, xoşagəlməz hadisə Yeni Günəşli qəsəbəsində, 282 saylı məktəbin binasının qarşısında səhər saat 8:00-da baş verib. "Hyundai Azera" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə maşını icazə olmayan yerdə park edib. Xidməti borcu ilə əlaqədar həmin ərazidə olan Suraxanı rayonu 33-cü polis bölməsinin baş leytenantı, 1989-cu il təvəllüldü Anar Güləliyev və çevik reaksiya alayının çavuşu 1986-cı il təvəllüdlü Adil Novruzov sürücüyə xəbərdarlıq ediblər və ona maşını park etdiyi yerdən kənara çəkməyi xahiş ediblər.
Amma Xuduzadə polislərin qanuni tələbini yerinə yetirmək əvəzinə onlarla dava etməyə başlayıb. Novruzova yumruq atan Xuduzadə onun paqonlarını cırıb.
Fakt üzrə araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












