Bakıda polis sürücü davası

Bu gün səhər saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsində sərnişin avtobusunda dava düşüb. Mübahisə polislə sürücü arasında olub. 29 saylı avtobusun sürücüsü ilə polis əməkdaşı arasında mübahisə sonradan dava ilə nəticələnib. Nəticədə sürücü avtobusda olan sərnişinləri düşürüb və polislə birlikdə gediblər.
Məsələyə aydınlıq gətirmək üçün avtobusun sahibkarı Hikmət Bağırovla əlaqə saxladıq. Sahibkarın anspress-ə verdiyi məlumata görə, hadisə sürücünün avtobusun arxa qapısını açmaması səbəbindən baş verib.“Sürücü arxa qapını açmayıb ki, sərnişinlər gedişhaqqı verməmiş düşməsinlər. Bu zaman polis əməkdaşı sürücü ilə mübahiə edib. Mübahisə zamanı söyüş söyülüb. Mübahisə davaya çevrilib. Sonradan sürücü ilə polis əməkdaşı barışıblar. Problem həll olunub”, - deyə Hikmət Bağırov bildirib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












