Bakıda polisə silahlı hücum

Bakının Nərimanov rayonunda polis əməkdaşına silahlı hücum olub. Bu zaman polis cinayətkara müqavimət göstərə bilməyib. Avtosfer.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, lüləsi kəsik qoşalülə tüfənglə silahlanmış naməlum maskalı şəxs Ziya Bünyadov prospekti, 2082 ünvanında yerləşən zavod anbarının qapısının açıq olmasından istifadə edərək binaya soxulub. Həmin vaxt Binəqədi rayon mühafizə polisinin əməkdaşı, polis çavuşu Ceyhun Əvəz oğlu Hüseynov anbarda xidmət başında olub. Cinayətkar polis əməkdaşından anbarın açarlarını tələb edib. Lakin elə bu zaman digər mühafizəçi də anbara gəlib. Cinayətkar iki mühafizəçi ilə təkbaşına bacara bilməyəcəyini görərək havaya atəş açıb və hadisə yerindən qaçaraq gizlənib. Hazırda şübhəli şəxsin kimliyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri görülür. Fakt üzrə araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












