Bakıda polisə tabe olmayan sürücü belə saxlanıldı - DYP-dən AÇIQLAMA - VİDEO

"Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücü Nicat Həsənliyə saxla əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozduğu üçün saxlanılıb".
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, sürücü saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib:
"Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək", - deyə DYP rəsmisi bildirib.
***
Bakıda polisə tabe olmayan sürücü saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, 77-EY-438 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü qayda pozuntusu törədib və polis ona "saxla" əmri verib.
Sürücü isə polisə tabe olmayıb. Nəticədə polis əməkdaşları onu süni sıxlıq yaradaraq saxlayıblar.
unikal
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO












