Bakıda polisin döydüyü sürücü barışdı - FOTO

Daxili İşlər Nazirliyi dünən polisin sürücünü döyməsi xəbərini təkzib edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə milli.az-a açıqlamasında bildirdi ki, bəzi xəbər portallarında iyunun 22-də "8-ci kilometr bazarı"nın yaxınlığındakı "Kainat" alış-veriş mərkəzinin önündə evakuasiya xidmətinin əməkdaşları ilə sürücülər arasında insidentin baş verməsi nəticədə sürücülərdən birinin döyülməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur.
"Əslində, hərəkətin intensivliyinin hər zaman gur olduğu həmin ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilərkən sürücülərdən biri - Təvəkkül Əliyev polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq heç bir səbəb olmadan hay-küy salmağa başlayıb, ətrafdakılara və yol hərəkətinin iştirakçıları olan digər vətəndaşlara hörmətsizlik nümayiş etdirərək diqqəti özünə cəlb etməyə çalışıb. Xüsusu aqressivliyi və idarəolunmaz hərəkətləri ilə seçilən bu şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunarkən o, bayılaraq özündən gedib, qanun keşikçiləri tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra Təvəkkül Əliyevin isterik nevroz xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilib", - deyə nazirlik rəsmisi əlavə etdi.
Məsələ ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Sürücü izahatında polis əməkdaşları barəsində heç bir şikayətinin olmadığını bildirib.
Qeyd edək ki, dünən musavat.com saytına istinadən "8-ci kilometr bazarı"nın yaxınlığında DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbəyaxa dava-dalaş olması barədə xəbər yaymışdı. Ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakuator maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməyi sürücülərin etirazına səbəb olmuşdu. Əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbəyaxa dava düşüb. Evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü möhkəm döyüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












