Bakıda polislə sürücü arasında “ana-bacı” söhbəti - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü yeni çıxış yolu tapıb. Çətinə düşən kimi qadınları qabağa verir və bu yolla qanunun məsuliyyətindən yaxa qurtarmış olurlar. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, dünən Bakıda sürücü məsuliyyətdən yaxa qurtarmaq üçün polislə davaya çıxıb. Yol polisi qanun pozuntusuna yol verən “Hyundai” markalı avtomobilin sürücüsünü Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllədə saxlamaq istəyib. Sürücü isə tabe olmayaraq maşını saxlamayıb və yol polisi onu təqib edərək maşını qarşısına verməklə dayandırıb.
Bundan sonra sürücü ilə yol polisləri arasında dava düşüb. Sürücü maşını tərk etmək istəməyib, məsələyə sürücünün yanındakı xanım sərnişini qarışıb. Qarşılıqlı söyüş və təhqirlərdən sonra sürücü tabe olmayaraq məsuliyyətdən yayınıb. Yol polisi məcbur vəziyyətdə qalıb sürücünü sərbəst buraxıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş olub. Yol polisi onu nə qədər çalışsa da, sərxoşluq dərəcəsinin ölçülməsi üçün müayinəyə apara bilməyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












