Bakıda qadın polis cinayətkar yaxaladı - VİDEO

Bakıda qadına qarşı soyğunçuluq etmək istəyən şəxs tutulub. 1986-cı il təvəllüdlü Xudadatov Elçin Nadir oğlunu qadın polis serjantı yaxalayıb. Elçin isə qadın polisi tərəfindən yaxalandığını boynuna almır: "Yaşlı qadın gedirdi. Gördüm əlində pul kisəsi var, alıb qaçdım. Bu zaman polis əməkdaşları məni tutdular".
Müəyyən edilib ki, dünən saat 20:30 radələrində 1955-ci ildə Tovuz rayonunda anadan olmuş Elmira Həsənova naməlum şəxsin hücumuna məruz qalıb. Qadının əlindəki dəri çantada 450 manat nağd pul, bank kartları olub. Oğurluq edən şəxs cüssəli olduğundan, qadın ona müqavimət göstərə bilməyib və qışqırmağa başlayıb. Bu zaman ərazidə olan polis serjantı, 1986-cı il təvəllüdlü Aygün Səmədova səsə reaksiya verərək, naməlum şəxsin ardınca qaçıb: "Hasarı keçib onun dalınca qaçdım. Ona fənd işlədərək yerə yıxdım. Əlindəki pul kisəsini alaraq qadına verdim. Cinayətkarı isə saxlayaraq polis idarəsinə gətirdim".
Xatırladaq ki, 110 kq çəkisi olan Elçin Xudadatovun qadın polis serjantı tərəfindən bir fəndlə necə yerə yıxıldığı Nizami Rayon Polis İdarəsinin rəhbərliyini də təəccübləndirib.
Faktla bağlı istintaq idarəsində araşdırma aparılır.
APA TV
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












