Bakıda qadın sürücü yol polisini görüb həyəcanlandı və qəza - VİDEO

Bakının Səbail rayonu, Neftçilər prospektində qadın sürücü qəzaya törədib. Avtosfer.az xəbər verir ki, qəzanın görüntüləri 1news.az saytında yayılıb. Yayılan videoda görünür ki, qarşıda gedən qadın sürücünün idarə etdiyi "Opel” markalı 90-BH-496 dövlət nömrə nişanlı avtomobil dönmək istərkən "pavorotnik”i yandırır. Lakin yaxınlıqdan keçən yol polisi maşını qadın sürücüyə maşının sağ zolağa keçməsinə imkan vermir. Nəticədə qadın sürət həddini və ara məsafəni düzgün təxmin etmədiyi üçün qarşıda gedən "Nissan Sunny” markalı avtomobilə çırpılır. Hadisə yol polislərinin gözü qarşısında baş verir. Lakin polis hadisəyə heç bir reaksiya vermir və dayanmadan gedir. Qeyd edək ki, Yol Hərəkəti Haqqında qanunun 50-ci maddəsinə görə, sürücü hərəkət zamanı sürət həddini qarşıdakı avtomobillə ara məsafəsinə uyğun elə seçməlidir ki, qəza baş verməsin.
Avtosfer.az bildirir ki, əslində qadın polis maşınını və digər düz gedənləri buraxdıqdan sonra, özü də qabaqcadan sağa yer dəyişə bilərdi. Burada yol polisinin və ya digər sürücülərin günahı yoxdur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












