Bakıda "sərxoş polis" saxlanıldı – FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sərxoş sürücülərə qarşı reyd keçirib. Avtosfer..az-ın məlumatına görə, Nəsimi rayonu, Rəşid Behbudov prospektində yol hərəkəti qaydalarını pozduğu üçün "Toyota" markalı maşının sürücüsü Anar Ramiz oğlu Rzayev saxlanılıb. Yoxlama zamanı sürücünün maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Sürücüyə sərxoşluq müayinəsindən keçmək təklif olunub. Amma A.Rzayev yol polislərini aldatmağa cəhd göstərib və özünü Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edib. Araşdırma zamanı A.Rzayevin polis əməkdaşı olmadığı məlum olub. O, məsuliyyətdən yayına bilmək üçün bilərəkdən özünü polis kimi təqdim etdiyini bildirib. Həkim müayinəsinə gətirilən zaman isə sürücü qaçmağa cəhd edib, lakin onu saxlayıblar. Həkim müayinəsi zamanı A.Rzayevin sərxoş olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib edilib, idarə etdiyi nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb. report.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












