Bakıda sürücü maşınla yol polisini əzdi

Bakıda yol-hərəkət qaydasını pozan sürücü yol polisinin həyat və sağlamlığı üçün təhlükəli hərəkət edib. Avtosfer.az-ın vesti.az-a istinadən məlumatına görə, hadisə dünən saat 13:45-də Yasamal rayonu, “20 Yanvar” metro-stansiyasının yaxınlığında baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1986-cı il təvəllüdlü Qarayev Müşfiq Əsəd oğlu yol hərəkət qaydasını pozan “Mercedes” markalı avtomobili saxlayıb. İnspektor avtomobilin sahibi, Masallı rayon sakini Səfərov Fuad Maarif oğluna inzibati protokol tərtib etmək istəyib. Bu F.Səfərovun tanışı, 50 CF 294 dövlət nişanlı digər “Mercedes” markalı avtomobil sürücüsü 1991-ci il təvəllüdlü Səmədov Elvin Heyrəddin öz maşınından düşmədən polis əməkdaşı ilə mübahisəyə başlayıb. Bundan sonra o qaza basaraq maşınla inspektorun ayağının üstündən keçib.
Sol ayağından yaralanan polis əməkdaşı Respublika Klinik Xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb.
Cinayəti törədən şəxs artıq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












