Bakıda sürücü yol polisinə hücum etdi

Bakıda sürücü yol polisinə qarşı xuliqanlıq edib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının inspektoru, polis serjantı Şahverdiyev Pərviz Əliveyis oğlu raport yazaraq bildirib ki, Əhməd Cavad küçəsində xidməti vəzifəsini yerinə yetirərkən zorakılıqla üzləşib. Bu il polis orqanlarına qəbul olunan 27 yaşlı yol polisi əməkdaşı əlavə edib ki, Ə.Cavad küçəsi 1 ünvanının qarşısında “VAZ 2107” markalı avtomobili qayda pozuntusuna görə saxlayıb. Avtomobilin sürücüsü sənədləri verəndən sonra onlar arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü yol polisinə qarşı kobudluq edib və daha sonra avtomobilinin baqajından mismarçıxardan götürüb. O, mismarçıxardanla öz maşının əzmək istəyib və yol polisini hədələyib.
İlkin araşdırmalardan sonra “VAZ 2107” markalı, 99 FH 507 nömrə nişanlı avtomobilin sürücüsü müəyyənləşdirilib. Bu, Ağsunun Daşdəmirli kənd sakini, 1985-ci il təvəllüdlü Babaşov Fərhad Yaşar oğlu olub. Araşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












