Bakıda telefon şousu: yol polisi kimdən qorxdu? – VİDEO

Sürücülərə aid qadağalarla yanaşı, yol polisinin də qadağaları var. Sürücülərə tətbiq olunan yasaqlara polis nəzarət etdiyi halda, yol polisinin pozduğu qanunları kimin izlədiyindən cəmiyyət xəbərsizdir. Məhz buna görə jurnalistlər ara-sıra onların səhvlərini ictimai müzakirəyə çıxarırlar.
Belə hallardan biri dünən İstiqlaliyyət küçəsində baş verib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib. Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir. Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.
Həmin mənzərəni əvvəldən-axıradək mobil telefonla çəkmişik. Ümid edirik ki, yol polisi işıqlandırdığımız məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












