Bakıda yol polisini maşınla sürüdülər - Xəstəxanalıq oldu

Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib. Avtosfer.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Ə.Salmanzadə küçəsi 2-də baş verib. DYP əməkdaşları Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Elmir Niyazi oğlu Səfərovun idarə etdiyi "Hyundai Sonata" markalı 90 CD 093 dövlət nömrə nişanlı maşını saxlayıb. Məlum olub ki, maşının ödənilməmiş cəriməsi var. DYP-nin baş serjantı Rəmal İsayev sürücünün sənədləri olmadığı üçün maşını cərimə meydançasına aparmaq istəyib. Bu zaman sürücü mübahisə etməyə başlayıb. Maşından düşmək istəməyən sürücü qaçmağa çalışıb. Bunun qarşısını almaq istəyən polis baş serjantı avtoboilin qarşısına keçib. Maşın polisi bir neçə metr sürüyüb. Polis əməkdaşının daban sümüyü sınıb, bədən xəsarətləri alıb. O, DİN-in hospitalına yerləşdirilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












