Bakıda yol polisini şərləyən sürücülər ifşa olundu

Son vaxtlar yol polislərinin yazdığı inzibati protokoldan şikayət edən sürücülər arasında unikal hərəkətlər edənlər də var. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, son günlər yol polisindən şikayət edən bir neçə sürücü «məni elektroşokla vurdular» deyənlər var. Belə ki, sürücülər onlara protokol yazan yol polisini cəzalandırmaq üçün yazdıqları şikayətdə iddia ediblər ki, guya Yol-Patrul Xidməti əməkdaşı onlara elektroşok tətbiq edib. Lakin Avtosfer.az-ın apardığı araşdırmalar nəticəsində məlum oldu ki, hələlik Azərbaycanda yol polisləri elektroşokla təmin edilməyiblər. Yəni, adıçəkilən xüsusi vasitə hələ tətbiq olunmur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, həqiqətən də yol polisindən şikayət edən bir neçə sürücünün yazdığı şikayət ərizəsində sürücünün elektroşokla vurulduğu iddiasına rast gəlinib: «Lakin bildirmək istəyirəm ki, Milli Məclisdə polisin elektroşokdan istifadə etməsi ilə bağlı qanun qəbul olunsa da, hələlik yol polislərinə həmin xüsusi vasitə verilməyib. Yəni, yol polisi əməkdaşları hələ o cihazın üzünü görmədikləri halda, bəzi sürücülər şər-böhtan xarakterli şikayətlər edirlər. Amma biz bütün şikayətləri bir-bir araşdırıb cavab veririk».
Vaqif Əsədov onu da bildirib ki, gün ərzində yol polisi ilə bağlı edilən 25-30 şikayətin 80 faizi təsdiqini tapmır: «Bəzən elə olur ki, sürücü yazdığı şikayət ərizəsində yol polisi əməkdaşı tərəfindən təhqir olunduğunu iddia edir. Biz də foto, video və audio vasitələrin köməyi ilə əldə edilən materiallarla tanış oluruq. Sürücü ilə yol polisinin dialoqunun əks olunduğu səs yazısına qulaq asırıq. Məlum olur ki, əksinə, sürücü yol polisinə qarşı kobudluq edib. Belə sürücüləri idarəyə dəvət edib faktları ona da təqdim edirik. Əksəriyyəti, faktlarla tanış olandan sonra utandığından sakitcə üzünü çevirib gedir».
Vaqif Əsədov əlavə edib ki, Bakıda bütün Yol-Putrul Xidməti əməkdaşlarının üzərində səsyazma cihazı var. Bundan əlavə, patrul avtomobillərində də videokameralar quraşdırılıb ki, bu vasitələrin köməyi ilə DYP rəhbərliyi bütün YPX əməkdaşlarının fəaliyyətinə, sürücülərlə ünsiyyətinə və davranışına tam nəzarət edir.
Elməddin Muradlı
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - FOTOLAR - VİDEO
Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO
Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü - FOTO
Qanunu bilməyən sürücü özünü gülməli duruma saldı: "Yaxşı edib..." - VİDEO
Qəbələdə narkotikin təsiri altında olan sürücü 15 gün HƏBS EDİLDİ - FOTO











