Bakıda yol polisini sürüyən sürücü tutuldu

Noyabrın 17-dən 18-nə keçən gecə 01 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət yetirən sürücü tutulub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, sürücünün haqlı saxlama əmrinə tabe olmayan və polisin əlini maşının şüşəsi arasında qoyan Namiq Xanəliyev saxlanıb. Hazırda həmin hadisə üzrə araşdırmalar aparılır. Araşdırmalardan sonra həmin şəxs barədə hüquq çərçivəsində tədbirlər görüləcək.
Qeyd edək ki, kütləvi informasiya vasitələrində məlumat verilirdi ki, Nərimanov rayon ərazisində, Xətai prospekti, 40 saylı evin yanında Namiq Xanəliyeva məxsus, "Toyota Prado"nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb. Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb. Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib. Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












