Bakıda yol polisini vuran kimdir?

Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı, 23 yaşlı Azad Babaşzadə xidməti vəzifəsini yerinə yetirən zaman "VAZ 2107" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. apa-nın məlumatına görə, əmrə tabe olmayan sürücü avtomobili yol polisi əməkdaşının üstünə sürüb. Polis əməkdaşını avtomobili ilə vuran sürücü hadisə yerindən qaçıb. Xəsarətlər alan Azad Babaşzadə xəstəxanaya yol patrul avtomobili ilə gətirilib. Müayinə zamanı həkimlər onda çoxsaylı xəsarətlər müəyyən ediblər. Həkim İlham Qəmbərovun verdiyi məlumata görə, xəstə ikinci dərəcəli travmatik şok diaqnozu ilə qəbul edilib: "Müvafiq yoxlamalardan keçib. Hal-hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabildir".
Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən milli.az-a bildiriblər ki, hadisə oktyabrın 27-də saat 16:20-də Mərdəkan qəsəbəsində baş verib. "VAZ 2107" markalı 10-KV-334 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Vüqar Firdovsi oğlu Məlikov polis inspektorunun "Saxla" əmrinə tabe olmayıb və avtomobili xidməti vəzifəsini yerinə yetirən kiçik serjant Azad Təvəkkül oğlu Babaşzadənin üzərinə sürərək ona ciddi xəsarət yetirib və hadisə yerindən yayınıb. İlkin olaraq Sabunçu rayonundakı 3 saylı şəhər kliniki xəstəxanasına yerəşdirilən A.Babaşzadənin vəziyyəti isə hazırda ağır olaraq qalır.
Hadisə yerindən qaçan "VAZ 2107" markalı avtomobilin yeri və sürücüsü müəyyən edilməsi istiqamətində Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər nəticəsində sürücü, 22 yaşlı Vüqar Məlikov saxlanılıb və barəsində cinayət işi başlanıb. Onun idarə etdiyi "VAZ 2107" avtomobili isə "cərimə meydançası"na aparılıb.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












