Bakıda yol polislərini bıçaqladılar

Bakıda yol polisləri bıçaqlanıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Cəfər Xəndan küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, polis inspektorları naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıblar və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətiriliblər.
İlkin araşdırmalardan sonra hər iki yol polisi əməkdaşının “Nissan” markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanması məlum olub. Bəlli olub ki, avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.
Faktla bağlı cinayət işi açılıb. Yol polislərini bıçaqlayan şəxslər axtarılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












