Bakının yeni piyada keçidləri - Kənardan keçənlər cərimə olunacaq - VİDEO

Köhnə piyada keçidləri yenidən təmir olunur. Paytaxtda kifayət qədər piyada keçidlərinin olmasına baxmayaraq, insanların çoxu hələ də bu keçidlərdən istifadə etmirlər. Bu isə sonda onların həyatı bahasına başa gəlir. Amma bu cür xoşagəlməz halların qarşısının alınması üçün artıq “Azəryolservis” ASC yeni piyada zolaqlarının çəkilməsinə başlayıb. Yol hərəkət qaydalarına düzgün əməl edilməməsi nəticəsində piyadalar qəzaların qurbanı olur.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, hər hansı bir şəxsin yol hərəkət qaydalarını kobud şəkildə pozması yolverilməzdir. Buna görə də yol hərəkət qaydalarını pozan şəxslərə qarşı tədbirlər davam etdirilir.
Kamran Əliyev onu da bildirdi ki, uşaqlar arasında da maarifləndirmə işləri aparılmalıdır. Bəzən insanlar yolu keçərkən operativ nəqliyyat vasitələrinin sayrışan işıqlarına məhəl qoymurlar. Bu isə insanların həyati təhlükəsi ilə yanaşı, onların inzibati məsuliyyətə cəlb olunması deməkdir.
Bəzi yerlərdə isə piyada keçidlərinin olmaması insanlar üçün problem yaradır. Bakıda keçidlərin tikintisi və istismarı ilə bağlı məsələlərdə məsul olan Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-dən bildirirlər ki, paytaxtda 85 piyada keçidi var. Onlardan 43-ü yerüstü, 41-i isə yeraltıdır. 85-keçiddən 74-ü yeni inşa edilənlərdir. Nobel prospektinə paralel olaraq Dənizkənarı ilə çəkilən yolda 3 piyada keçidi tikilib. Su İdman Kompleksinin yanında bir piyada keçidi inşa edilib.
Avropa Oyunları ilə əlaqədar olaraq Bakıdakı 11 köhnə piyada keçidindən 10-u yenidən qurulub. Ehtiyac olan yerlərdə isə piyada zolaqlarının xətləri yenidən rənglənib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












