Bakının yol polisinə işçi axtarırlar - ELAN+ŞƏRTLƏR

akı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. İdarədən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, Bakı şəhərində qaimi qeydiyatda olan, yaşı 20-dən aşağı, 30-da yuxarı olmayan, boyu 180 santımetrdən yuxarı olan düzgün bədən quruluşlu və idman cüssəli, avtomobil nəqliyyatına aid olan orta-texniki və ya ali təhsilli, sürücülük vəsiqəsi olan (avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənəd təqdim etdikdə, yaxud sürücü kimi 3 il əmək stajına malik olduqda) və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər:
- şəxsiyyət vəsiqəsi
- təhsil haqqında sənədin əsli
- hərbi bilet (kişilər üçün)
- əmək kitabçası (olanlar eçen)
- sürücülük vəsiqəsi
- sertifikat (kompyuter kursunu keçməsi barədə
Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Namizədlər yol hərəkəti qaydaları üzrə nəzəri və praktiki biliklərin yoxlanılmasına cəlb olunurlar.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.
Fiziki hazırlıq səviyyəsinin normativləri:
-Qaçış
100 (yüz) metrə-15.00 saniyyə,
1000 (min) metrə-4.00 dəqiqə
Müsabiqə üçün sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhər Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi Kənar dairəvi yolun kəsişməsi) 2015-ci ilin may ayının 01-dən 30-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək qəbul olunur. Əlaqə telefonu : 590-21-65, 590 21 66
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










