Bərdədə yol polisi belə yandırıldı - VİDEO

Dünən Bərdədə gözlənilməz bir cinayət işlənib. Sürücü polis əməkdaşını yandırıb. ANS-in məlumatına görə, hadisə şahidlərinin sözlərinə görə, axşam saatlarında qırmızı işıqda kecməyə çalışan sürücü polis əməkdaşı tərəfindən saxlanılıb. Polis sürücüdən sənədlərini və sərxoşluq müayinəsindən keçməsini tələb edib. Avtomobili hadisə yerinə qoyaraq uzaqlaşan sürücü Elçin Cəfərov təqribən 10 dəqiqə sonra qayıdıb. Əlindəki qabda olan benzini polis əməkdaşı Aqil Quiyevin üzərinə töküb. Yanğın nəticəsində həm polis əməkdaşı, həm də sürücü Elçin Cəfərov alovlar içində qalıb. “Gördüm yolun ortasında nə isə yanır. Cammat da toplaşıb başına, dartışırlar o yana, bu yana. Oğlan da yananı söndürür. Serjant özü də alışdı. Qolu yandı biz də kömək elədik, söndürdük. Qoydular maşına apardılar” – deyə hadisə şahidi Tariyel Balakişiyev bildirib.
Bərdə Mərkəzi Rayon Xəstəxanasından əldə etdiyimiz məlumata görə, Aqil Quiyevin hər iki əli yanıb. Bu gün səhər saatlarında evə buraxılan polis əməkdaşının vəziyyəti qənaətbəxşdir. Hadisənin törətməkdə şübhəli bilinən rayon sakini Elçin Cəfərov artıq polis tərəfindən saxlanılıb. Hadisə ilə baglı Baş Prokurorluğun açıqlamasında bildirilir ki, sürücü Elçin Cəfərov barəsində hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












