Bəzi uşaqlar məktəbə kortejdə gedir – DYP-dən AÇIQLAMA

Bəzi valideynlər uşaqlarını məktəbə “toy karvanı”nda olduğu kimi bəzədilmiş avtomobillərdə gətirirlər. Bunu Trend-in yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtdakı vəziyyətlə bağlı sorğusunu cavablandırarkən Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Onun sözlərinə görə, hətta avtomobillərin sayı “toy karvanı”nda olduğundan da çox olur: “Bəzən məktəbə gedən şagirdi 15-20 avtomobil müşayiət edir. Bunun nəticəsidir ki, çoxsaylı nəqliyyat vasitələrinin küçə və prospektlərdə icazə verilməyən yerlərdə saxlanılmasına rast gəlirik. Bu isə yollarda hərəkəti demək olar ki, iflic edir. İndi belə çıxır ki, hər bir metrdən bir yol polisi durmalıdır ki, qanunsuz dayanma-durma hallarının qarşısını alsın? İnsanlar bunu özləri dərk etməlidir ki, bu, əslində anormallıq və eybəcərlikdir və onlar belə etməklə, digərlərinə böyük narahatlıq yaradırlar. Onlar anlamalıdırlar ki, uşaq əsgərliyə yox, məktəbə dərsə gedir və cəmi bir neçə saatdan sonra yenidən evinə qayıdacaq…”. Şöbə rəisi əlavə edib ki, saat 11:30-a olan məlumata görə, Bilik Günü paytaxtda yüksək maddi ziyanın vurulması ilə müşayiət olunan 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzaları zamanı xəsarət alan olmayıb. V.Əsədov həmçinin qeyd edib ki, Bakının inzibati ərazisinə aid küçə və prospektlərdə səhər saatlarında müşahidə olunan sıxlıq artıq azalmaq üzrədir. Əksər yollarda hərəkət normallaşıb.
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO










