Bir gecədə 28 sərxoş sürücü, 2 «avtoş» tutulub

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 11-ci tağımının şəxsi heyəti bu ilin 11 ayı ərzində paytaxt ərazisində 3600 sərxoş sürücü aşkar edib. Həmin müddətdə 140-a yaxın avtoxuliqan saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Bu barədə Avtosfer.az-a DYP-nin 11-ci tağımın komandiri, baş leytenant Mərdan Əliyev məlumat verib. Onun sözlərinə görə, 11 ay ərzində yol polisi əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 min sürücünü məsuliyyətə cəlb edib: «Ümumilikdə, təkcə 11-ci tağımın əməkdaşları tərəfindən sürücülərə tərtib olunan inzibati protokolların sayı 40 mindən çoxdur. Bunun nəticəsidir ki, Bakıda ölümlə nəticələnən yol qəzalarının, sərxoş halda avtomobili darə edən sürücülərin sayı xeyli azalıb. Amma buna baxmayaraq, yenə də sərxoş halda sükan arxasına əyləşən sürüclər var. Təkcə noyabr ayının sonuncu günü 28 sərxoş sürücü, 2 avtoxuliqan tərəfimizdən aşkar olunub və hər bir sürücü barəsində müvafiq tədbir görülüb. Amma bu ilin əvvəllərində elə gün olub ki, bir gecəyə 55 sərxoş sürücü aşkar etmişik. Yol polisinin gördüyü tədbirlərin nəticəsidir ki, rəqəmlər get-gedə azalır».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












