Bir həftədə 20 minə yaxın sürücü cərimələnib

Bakı şəhərində son bir həftə ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 19 239 sürücü barəsində inzibati protokol tərtib edilib. Avtosfer.az xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Həmin sürücülərdən 382-i avtomobili sərxoş vəziyyətdə idarə edən şəxslərdir. Həmçinin, inzibati məsuliyyətə cəlb olunan sürücülər arasında 12 avtoxuliqan olub. Qaydaları pozan sürücülərdən 276 nəfəri hərəkəti işıqforun qırmızı işiğında davam etdirən, 3 945-i ötmə manevr qaydalarını pozan, 45-i sərnişin daşıma qaydalarını pozan, 67-si yol polisi əməkdaşlarının qanuni tələbini yerinə yetirməyən, 10 nəfəri avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən, 73-ü avtomobili sənədsiz idarə edən, 85-i isə avtomobili pərdə və plyonka ilə idarə edən sürücülərdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












