Bu il Bakıda sürücülərə 368 min protokol yazılıb

Bakıda 2015-ci ilin ilk dörd ayı ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 290 183 inzibati protokol tərtib olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Protokolların 5 871-i sərxoş, 954-ü yol polislərinə tabe olmayan, 5 123-ü hərəkətini qırmızı işıqda davam etdirən, 3 165-i sürət həddini aşan, 297-si avtoxuliqanlıq edən, 1 331-i avtomobili sənədsiz idarə edən, 56 242-si isə yol ayrıcına düzgün daxil olmayan sürücülər barəsində yazılıb.
Bundan əlavə, dörd ay ərzində Bakı Şəhəri üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən quraşdırılan Mərkəzi Məlumat Xidmətinin (MMX) radar və kameraları vasitəsi ilə avtomatik olaraq 78 112 sürücü barəsində müxtəlif yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati protokol tərtib olunub.
Bu ilin ilk dörd ayında Bakı şəhərində sürücülərlə bağlı ümumilikdə 368 295 inzibati protokol tərtib edilib.
Hesabat dövründə yol hərəkəti qaydalarını pozan yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyən 36 mindən artıq piyada da inzibati qaydada (20 manat məbləğində) cərimələnib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












