Bu maşınlar yayda təhlükəlidir – Yol polisindən xəbərdarlıq

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev anspress-ə bildirib ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib. “Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Kondisioneri olmayan avtomobil sürücülərindən saat 13.00-dan 18.00-dək mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələti xahiş olunur”.
K.Əliyev bu problemin ictimai nəqliyyatda da rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücüləri daha diqqətli olmalıdırlar. “Avtobus sürücüləri təkcə özlərinin deyil, sərnişinlərin həyatları ilə də risk edirlər. Düzdür, rayon istiqamətində hərəkət edən avtobuslarda soyuducu sistem var, amma şəhərdaxili nəqliyyatın əksəriyyətində bu yoxdur”.
Həkimlər də isti havada avtomobil idarə edənlərə tövsiyyə edir ki, bacardıqları qədər su içsinlər və tez-tez sükan arxasından qalxsınlar. Həkim Tamilla Kərimova bildirib ki, sürücülər bacardıqları qədər isti havada sükan arxasında az otursunlar, ya soyuducu sistemdən istifadə etsinlər, vintelyasiya sistemini işlək saxlasınlar.
“Sürücülər bilməlidirlər ki, günvurmadan da pis isti vurmadır. İnsan istiyə düşəndə, onun bədənindəki fizioloji proses dəyişir. Qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır. Bu da sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir”, - deyə Tamilla Kərimov bildirib.
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










