Bu qanun 3 ildir DYP-də işləmir - Nömrələrin onlayn sifarişi - VİDEO

Elektron hökumətin inkişafı istiqamətində ildən-ilə işlər daha da genişləndirilir.Amma sürücülərin maraq dairəsində olan bir xidmət var ki hələ ki elektron qaydada həyata keçirilmir. Söhbət avtomobil nömrələrinin onlayn sifarişindən gedir.Qanun 3 il əvvəl qəbul olunsa da elektron xidmət istifadəyə verilməyib. Vətəndaşların müraciətləri maraqlı bir məsələni gündəmə gətirir. Söhbət avtomobil nömrələrinin onlayn sifarişindən gedir.
Bununla bağlı «Yol hərəkəti haqqında» qanunun 29-cu maddəsinə dəyişiklik edilərək xüsusi bənd əlavə edilib. Bu dəyişiklik elə həmin ilin dekabrında qüvvəyə minib Ancaq dəyişikliklərin edilməsindən 3 il keçsə də xidmət hələ də istifadəyə verilməyib. Xidmətin aktivləşdirilməsinin əsasında şəffaflıq dayanır. Çünki nömrələrin dövlət rüsumları müvafiq icra hakimiyyətinin internet səhifəsində onlayn rejimdə təqdim edilməlidir.
Amma aktivləşməyən xidmətlər bununla məhdudlaşmır. Nazirlər Kabinetinin təsdiqlədiyi qərarla Daxili işlər Nazirliyinin 26 xidməti elektron hökumət portalına inteqrasiya edilməlidir. İndiyədək nazirliyin «Elektron hökumət» portalında cəmi iki xidməti vətəndaşların ixtiyarına verilib. Bunlar da fərdi identifikasiya nömrələrinə görə fərdi məlumatların axtarışı və Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin öyrənilməsi xidmətidir.
Bəs xidmətlərlə yanaşı nömrələrin onlayn sifarişinin gecikməsinin səbəbi nədir?
Respublika Baş Dövlət Yol polisi idarəsinin şöbə rəisi Kamran Əliyev xidmətin aktiv edilməməsinin səbəbləri haqqında dəqiq açıqlama verməsə də bununla bağlı işlərin aparıldığını bildirir. Nə zaman hazır olacağı haqqında əlavə məlumat veriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












