Bu qaydaları pozmaq sizə baha başa gələ bilər - VİDEO

Yol nişanlarının qoyulduğu ərazilərə avtomobil sürücülərinin girişi qadağan olunacaq. Yalnız bu yollardan Avropa Oyunlarını keçiriləcəyi idman arenalarında xidmət edən avtomobillər istifadə edə biləcək. Bakıda keçirələcək Avropa Oyunları zamanı çəkilən xüsusi sarı zolaqlı yollardan istifadəyə icazə verilməyəcək. Artıq sözügedən yollara hərəkət qadağandır və hərəkət zolağı nişanları qoyulmağa başlayıb. Əgər sürücü hərəkət edərkən qarşısına qırmızı dairəvi nişanı yəni hərəkət qadağandır yol nişanı çıxarsa, onun avtomobilinin xüsusi akreditasiyası yoxdursa, o, ümumiyyətlə bu yola daxil olmamalıdır.
Ancaq xüsusi ox nişanı yəni hərəkət zolağı ilə birgə hərəkət qadağandır nişanları görünürsə, deməli oxla işarə edilən yoldan yalnız Avropa Oyunların keçirləcəyi arenalara xidmət edən avtomobillər istifadə edəcək. Digər hərəkət zolaqları isə nəqliyyat vasitələrinin ixtiyarında olacaq.
Sayrışan işıqlı nəqliyyat vasitələrinə isə yollarla bağlı məhdudiyyət qoyulmur. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, artıq nişanlar qoyulan yollardan istifadə edən sürücülər cərimələnəcək: “3.2 - yol nişanın tələbinin pozulmasına görə, İnzibati Xətalar Məcəlləsini 151.1-ci maddəsinə müvafiq olaraq 40 manat miqdarında cərimə nəzərdə tutulur. Biz bəyan etmişdik ki, ayın 29-dan həmin zolaqlar yol nişanları ilə tam şəkildə təmin olunacaq. Amma bu gün hansı yol ayrıcında əgər o zolaqla hərəkətin qadağan edən müvafiq yol nişanı varsa, sürücü artıq bu yola çıxmamalıdır”.
Bundan başqa şöbə rəisi onu da dedi ki, əgər sarı zolaqlı xüsusi yolla digər yollar kəsişirsə, bu zaman hərəkət üstünlüyü xüsusi yola veriləcək. Ona görə də sürüclərdən xahiş onur ki, qarşısına çıxan digər zolaqdakı avtonəqliyyat vasitələrini gözləsin.
Qeyd edək ki, artıq sözügedən nişanların qoyulması işləri may ayının 29-dan etibarən yekunlaşacaq. Və xüsusi sarı zolaqlı yollar Yol Patrul Xidməti əməkdaşları tərəfindən nəzarətə götürülüb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












