Bu qəzada günahkar xanım sürücüdür – SƏBƏB - VİDEO

Bu yol qəzası Bakıda baş verib. Avtosfer.az-ın məlumatına görə, xanım sürücünün idarə etdiyi «Porcshe» markalı minik avtomobili «Mersedes» markalı yük maşınına dəyib. Qəza o qədər də ağır deyil. Lakin məsələ burasındadır ki, kadrlara diqqətlə baxdıqda hər iki sürücünün özünü haqlı saydığı görünür.
Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan həmin qəzanın görüntüsünü təqdim edirik. Və oxuculardan soruşuruq; sizcə, bu qəzada günahkar kimdir? Oxucuların məsələyə yanaşması fərqli olsa da, əksəriyyət hesab edir ki, bu qəzada xanım sürücü günaşkardır. Elə yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov da Avtosfer.az-a açıqlamasında bildirdi ki, bu kadrlara 10 dəfə çox diqqətlə baxıb: «Günah qadındadır. Çünki nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozaraq iki zolağın ortası ilə 1.5 nişanlanma xəttinin üstündə hərəkət edir. Daha sonra sağa yerdəyişmə edir və bu yerdəyişmə zamanı həmin zolaqdakı yük furqonuna yol vermir».
Amma kadrlara diqqətlə baxdıqda məlum olur ki, xanım sürücü özünü haqlı sayır.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












