Bu sürücü polisləri yenə susdurdu - VİDEO

İşini doğru yerinə yetirməyən polislər yenə sürücünün qarşısında aciz qalıblar. Avtosfer.az-ın təqdim etdiyi videoda işini düzgün bilməyən ukraynalı polislərə «dərs keçən» sürücünü yəqin ki, artıq tanıyırsınız. O, bir neçə də yol polislərini susdurub, hətta onları «səhv çıxardaraq» yerindəcə şikayət də yazıb. Bu dəfə isə həmin sürücü ölkəyə daxil olan maşınları saxlayaraq yükləri yoxlamalı olan polislərlə mübahisə edib və yenə də qalib gəlib. Hətta o, rolis işçisinə «niyə qayda pozursunuz» deyə, sual da verib. Polis isə ondan uzaqlaşmağa məcbur olub. Belə ki, sürücünü saxlayaraq heç bir yoxlanış etməyən, saxlanma səbəbini bildirməyən polislər onu buraxmalı olublar. Nədən saxlandığını öyrənmək istəyən sürücüyə yol polisinin cavabı belə olub : “Tələsirsiz. Yoldakı nişanı görüb özünüz saxlamalısız, biz də yüklərinizi yoxlamalıyıq».
Sürücü: «Axı siz heç yüklərimi yoxlamadız?! Yol polisi işçisisiz? Nişanınız hanı bəs?”- deyərək , yol polisindən nişani tələb edib.
Yol polisi: «Sizi hansı dildə başa salım? Özünüz burada konflikt yaratmaq, xoşagəlməz hala səbəb olmaq istəyirsiz.”- deyə, söhbəti uzadaraq yenə də heç bir səbəb tapa bilməyib.
Bu videodan bir daha aydın olur ki, istər yol polisi olsun, istər digər polis xidmətinin əməkdaşı, əgər vətəndaş öz hüquq və vəzifələrini bilirsə, problem yoxdur, sonda qanun qalib gəlir.
Avtosfer.az həmin videonu təqdim edir.
Fidan
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










